İraq və Yəmən vətəndaşlarına Nyu-Yorka uçmaq qadağan edilib

Qahirə aeroportunda İraqın 5, Yəmənin isə 1 vətəndaşına ABŞ təyyarəsinə minmək qadağan edilib. Bu barədə "Reuters" aeroportdakı mənbələrə istinadən xəbər verib. Bildirilir ki, bu qərar prezident Donald Trampın dünyanın 7 müsəlman ölkəsinin vətəndaşlarının ABŞ-a girişə qadağa qoyulması haqqında fərmanına əsasən qəbul edilib. Məlumata görə, sərnişinlər Qahirədə yerdəyişmə zamanı dayandırılıb. Sərnişinlərin uçuş üçün vizalarının olmasına baxmayaraq, onlar öz ölkələrinə reyslərə yönləndiriliblər.Report

DİGƏR XƏBƏRLƏR

Top