
Şimali Kipr sahillərində “FiloJet” sərnişin gəmisinin qəzaya uğraması ilə bağlı həbs olunanların sayı 14-ə çatıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “TRT Haber” telekanalı məlumat yayb.
Məlumata görə, bazar günü Girne limanından yola düşərək Türkiyəyə gedən gəmidə 267 nəfər olub. Şimali Kipr Türk Respublikasının Prezidenti Tufan Erhürman 241 nəfərin xilas edildiyini, səkkiz sərnişinin öldüyünü bildirib. Hadisə nəticəsində 18 nəfər itkin düşüb.
Axtarış-xilasetmə əməliyyatı gecə ərzində fasiləsiz davam edib və səhər tezdən intensivləşib. Axtarış işləri Türkiyədən göndərilən iki pilotsuz uçuş aparatı və bir təyyarə vasitəsilə aparılır. Axtarış-xilasetmə əməliyyatında dalğıclar və sahil mühafizə qüvvələrinin qayıqları da iştitrak edir.
Hadisə ilə əlaqədar Şimali Kipr Türk Respublikasının Girne limanı ilə Türkiyənin Tasucu və Anamur limanları arasında bərə xidmətləri ləğv edilib.
Bu barədə adadakı gəmiçilik şirkətləri və yerli rəsmilər məlumat veriblər.
İtkin düşənlərin taleyi barədə hələ ki, heç bir məlumat yoxdur.
Qeyd edək ki, daha əvvəl qəza ilə bağlı doqquz nəfərin həbs olunduğu bildirilmişdi ki, onlardan ən azı səkkizi kapitan da daxil olmaqla heyət üzvü idi.
Tətbiqimizi yükləyə bilərsiniz