Azərbaycan və İran prezidentləri görüşdü – Fotolar + Yenilənib


Avqustun 31-də Qırğızıstanın paytaxtı Bişkek şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin İran Prezidenti Məsud Pezeşkianla görüşü olub.
Yeniavaz.com
xəbər verir ki, Məsud Pezeşkian dövlət başçısı ilə görüşlərini və telefon danışıqlarını məmnunluqla xatırlayıb, İranın üzləşdiyi bu çətin vəziyyətdə Prezident İlham Əliyevin mövqeyinin, nümayiş etdirdiyi dəstəyin, verdiyi başsağlığının, həmçinin Azərbaycan tərəfindən göstərilən humanitar yardımın İran dövləti və xalqı tərəfindən çox yüksək qiymətləndirildiyini vurğulayıb, bütün bunlara görə bir daha minnətdarlığını bildirib.
Əlaqələrimizin inkişaf etdirilməsi üçün çox yaxşı imkanların olduğunu deyən İran Prezidenti Azərbaycanla bütün sahələrdə münasibətləri genişləndirməkdə maraqlı olduqlarını qeyd edib.
Məsud Pezeşkian ölkələrimiz arasında əlaqələrin qardaşlıq və dostluq xarakteri daşıdığını vurğulayaraq, İranın bütün qonşu ölkələrlə yaxşı münasibətlərə malik olmaq niyyətində olduğunu deyib.
Dövlət başçısı da öz növbəsində İranın üzləşdiyi bu şəraitdə Azərbaycanın yardımının qardaşlıq nümunəsi olduğunu vurğulayıb.
Prezident İlham Əliyev dedi ki, ölkəmiz İranla bağlı yaranmış vəziyyətin sülh və danışıqlar yolu ilə həllinin tərəfdarıdır.
Söhbət zamanı Azərbaycanla İran arasında əməkdaşlığın müxtəlif sahələrdə inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

***17:28 
Qırğızıstanın paytaxtı Bişkek şəhərində Prezident İlham Əliyevin İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianla görüşü keçirilir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.







DİGƏR XƏBƏRLƏR

Top