“Semaşko”nun mətbuat katibi vəzifəsindən ayrıldı


Kliniki Tibbi Mərkəzin (“Semaşko”) mətbuat katibi Ruzbeh Məmməd vəzifəsindən ayrılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə onun özü sosial media hesabında yazıb.
“Kliniki Tibbi Mərkəzlə (“Semaşko”) yollarımız ayrıldı. 4 ilə yaxın müddətdə jurnalist həmkarlarımla çox yaxşı əlaqələrimiz oldu. Bu müddət ərzində mənə ünvanlanan sorğuları cavabsız qoymamağa, həmkarların işini ləngitməməyə çalışdım. Mənə müraciət edən heç kimi geri çevirmədim.
Məndən asılı olmayan səbəbləri isə sizlər də anlayışla qəbul etdiniz. Məhz buna görə hər birinizə minnətdaram. Yeni ünvanda, yeni başlanğıclarda görüşmək ümidi ilə...”, - o yazıb.
Qeyd edək ki, Ruzbeh Məmməd 2023-cü ildə sözügedən vəzifəyə təyin olunub.

DİGƏR XƏBƏRLƏR

Top