“Nvidia” “Hugging Face”i 12,9 milyard dollara almağa hazırlaşır


ABŞ-nin və dünyanın nəhəng texnologiya şirkəti “Nvidia” açıq mənbəli süni intellekt modellərinin hazırlanması və paylaşılması platforması “Hugging Face”i satın almaq üçün razılığa gəlib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The Information” məsələ ilə tanış mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, sövdələşmənin dəyəri 12,9 milyard dollara qədər ola bilər.
Razılaşma baş tutarsa, “Hugging Face”in satın alınması “Nvidia”nın tarixindəki ən böyük sövdələşmələrdən biri olacaq. Sövdələşmənin məbləği “Hugging Face”in maliyyə göstəricilərini dəfələrlə üstələyir. Şirkətin illik gəlirinin təxminən 150 milyon dollar olduğu bildirilir.
“Hugging Face” böyük dil modellərinin, məlumat dəstlərinin və digər süni intellekt resurslarının yerləşdirilməsi və paylaşılması üçün istifadə olunan aparıcı açıq mənbə platformalarından biridir.
Bundan əlavə, “Nvidia” 2027-ci ildə süni intellektlə bağlı şirkətlərə 18 milyard dollara qədər investisiya qoymağı nəzərdən keçirir.

DİGƏR XƏBƏRLƏR

Top