“Qəbələ” Kaxaber Tsxadadze ilə yollarını ayırıb


“Qəbələ” futbol klubu baş məşqçi Kaxaber Tsxadadze ilə yollarını ayırıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə klubdan məlumat verilib.
Bildirilib ki, Gürcüstanlı mütəxəssislə mövcud müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
“Kaxaber Tsxadadzeyə komandamızdakı fəaliyyətinə görə təşəkkür edir, gələcək karyerasında uğurlar arzulayırıq” - deyə açıqlamada bildirilib.
Qeyd edək ki, köməkçi məşqçi Georgi Çixradze ilə də yollar ayrılıb.

DİGƏR XƏBƏRLƏR

Top