Maaşını ala bilməyən azərbaycanlı müdirini girov götürmək istədi – Plan uğursuz oldu


Almaniyada maaşını ala bilmədiyini iddia edən azərbaycanlı işəgötürənini girov götürmək istəyib. Lakin, plan baş tutmayıb və onun əlaltısı səhv şəxsi qaçırıb.
Yeniavaz.com
xəbər verir ki, hadisə Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətinin Vuppertal şəhərində baş verib.
“RTL West”in məlumatına görə, 44 yaşlı Azərbaycan vətəndaşı maaşını ala bilmədiyi üçün müdirini girov götürmək qərarına gəlib. O, bunun üçün 35 yaşlı həmyerlisindən kömək istəyib. Lakin, planlaşdırılan şəxsin əvəzinə başqa bir kişi qaçırılıb. 35 yaşlı şəxs həmin şəxsi bıçaqla hədələyərək avtomobilə mindirib.
Qaçırılan şəxs avtomobildə aparılarkən cinayətkarlar yolüstü dayanıb. Bundan istifadə edən kişi avtomobildən qaçmağa nail olub. Hadisə zamanı o, yüngül xəsarətlər alıb.
Hadisə ilə bağlı 44 və 35 yaşlı Azərbaycan vətəndaşları Vuppertal Regional Məhkəməsində hakim qarşısına çıxarılıb.
Məhkəmə hər iki şəxsi təhlükəli bədən xəsarəti yetirmə və qanunsuz azadlıqdan məhrumetmə ittihamları üzrə təqsirli bilib.
44 yaşlı şəxs 1 il 7 ay, 35 yaşlı şəxs isə 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

DİGƏR XƏBƏRLƏR

Top