
Rusiya Prezidenti Vladimir Putin Ermənistanın keçmiş prezidenti Robert Koçaryanı ad günü münasibətilə təbrik edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Putin təbrik teleqramında Koçaryanın Rusiya ilə Ermənistan arasında dostluq və müttəfiqlik əlaqələrinin inkişafına şəxsi töhfəsini qeyd edib.
“Rusiya ölkələrimiz arasında dostluq və müttəfiqlik əlaqələrinin inkişafına verdiyiniz şəxsi töhfəni unutmayıb. Sizə hazırda üzləşdiyiniz çətinliklərə qarşı möhkəm cansağlığı, mənəvi güc və dözümlülük arzulayıram”, – deyə Putin bildirib.
Xatırladaq ki, Koçaryan hazırda üzləşdiyi korrupsiya ittihamları ilə bağlı həbsdədir. Onun və ailə üzvlərinin müxtəlif dövrlərdə əldə etdiyi əmlaklar barəsində Ermənistanda araşdırma aparılır.
Tətbiqimizi yükləyə bilərsiniz