
ABŞ qüvvələri Hörmüz boğazının ən dar nöqtəsində yerləşən Larak adasında İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) məxsus iki raket buraxıcı qurğunu bombalayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə ABŞ rəsmisi “Əl-Cəzirə” telekanalına danışıb.
O bildirib ki, sözügedən raket buraxıcı qurğuların adaya gətirilməsinin məqsədi Hörmüz boğazında dəniz minalarının yerləşdirilməsi olub:
“ABŞ qüvvələri ərazini yaxından izləyir və strateji gəmiçilik zolağında gəmiçiliyi qorumaq üçün hazırlıq vəziyyətindədir”.
SEPAH Larak adasına hücumu təsdiqləyib. Qeyd olunub ki, hücum nəticəsində həm hərbi qulluqçular, həm də mülki şəxslər ölüb və yaralanıb.
SEPAH-ın bəyanatında İranın bu hücuma mütləq cavab verəcəyi qeyd olunub.
Tətbiqimizi yükləyə bilərsiniz