Mahir Emreli Polşa çempionatında növbəti qolunu vurub


Azərbaycan milli komandasının hücumçusu Mahir Emreli Polşanın “Rakuv” klubunda növbəti dəfə fərqlənib.
Yeniavaz.com
xəbər verir ki, 29 yaşlı futbolçu Polşa çempionatının VI turunda “Yagelloniya”ya qarşı keçirilən qarşılaşmada komandasının ilk qolunu vurub.
Emreli matçın 23-cü dəqiqəsində rəqib qapısına yol taparaq “Rakuv”u hesabda önə keçirib – 1:0. Lakin “Yagelloniya” ikinci hissədə iki dəfə fərqlənərək hesabı 2:1 öz xeyrinə dəyişib.
Qeyd edək ki, Mahir Emreli iyulun 17-də “Rakuv”un heyətinə qatılıb. Bu qol onun Polşa klubunda 5-ci qolu olub.

DİGƏR XƏBƏRLƏR

Top