Dünyada hansı şəhərlər nə qədər təhlükəsizdir? – Bakı 78-ci sırada


Dünyanın ən təhlükəsiz şəhəri Qətərin paytaxtı Doha, ən təhlükəli şəhər isə Venesuelanın paytaxtı Karakas seçilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə məlumat “Numbeo”nun açıqladığı hesabatda yer alıb.
Qeyd edək ki, hesabat ümumilikdə 401 şəhəri əhatə edib. Qiymətləndirmə son beş il ərzində istifadəçilər tərəfindən təqdim edilən məlumatlara əsaslanır. Burada cinayət, şəxsi təhlükəsizlik, əmlak cinayətləri və zorakı cinayətlərlə bağlı insanların subyektiv qiymətləndirmələri nəzərə alınıb.
Reytinqə əsasən, dünyanın ən təhlükəsiz 10 şəhəri belə sıralanıb:
Doha (Qətər) – 84,6 bal
Dubay (BƏƏ) – 83,8 bal
Taypey (Tayvan) – 83,4 bal
Honq Konq (Çin) – 78,2 bal
Sinqapur – 77,7 bal
Tokio (Yaponiya) – 75,9 bal
Şençjen (Çin) – 75,5 bal
Ər-Riyad (Səudiyyə Ərəbistanı) – 75,4 bal
Ciddə (Səudiyyə Ərəbistanı) – 75,1 bal
Seul (Cənubi Koreya) – 74,6 bal

Beləliklə, ilk 10-luqda Yaxın Şərqin dörd şəhəri yer alıb. Səudiyyə Ərəbistanı isə siyahıda iki şəhərlə – Ər-Riyad və Ciddə ilə təmsil olunub.
Siyahının aşağı pillələrində isə əsasən Cənubi Amerika və Afrikanın şəhərləri qərarlaşıb.
Dünyanın təhlükəsizlik göstəricisi ən aşağı olan 10 şəhəri isə belə sıralanıb:
Karakas (Venesuela) – 18,5 bal
Yohannesburq (Cənubi Afrika) – 19,2 bal
Durban (Cənubi Afrika) – 19,5 bal
Salvador (Braziliya) – 23,5 bal
Fortaleza (Braziliya) – 24,1 bal
Rio-de-Janeyro (Braziliya) – 24,6 bal
Resife (Braziliya) – 25,0 bal
Quayakil (Ekvador) – 25,3 bal
Keyptaun (Cənubi Afrika) – 26,4 bal
Kali (Kolumbiya) – 29,1 bal

Braziliya ən təhlükəsiz olmayan şəhərlər siyahısında dörd şəhərlə, Cənubi Afrika isə üç şəhərlə təmsil olunub.
Məlumat üçün qeyd edək ki, Azərbaycanın paytaxtı Bakı şəhəri 401 şəhərin yer aldığı hesabatda 69,9 balla 78-ci sırada qərarlaşıb.
Keçmiş SSRİ və qonşu ölkələrin şəhərlərinin siyahıdakı mövqeyi aşağıdakı kimi olub:
12. Tallin (Estoniya) – 78,3 bal
19. İrəvan (Ermənistan) – 77,9 bal
37. Eskişəhər (Türkiyə) – 75,1 bal
48. Daşkənd (Özbəkistan) – 74,2 bal
49. Tbilisi (Gürcüstan) – 74 bal
59. Nijni Novqorod (Rusiya) – 72 bal
71. Antalya (Türkiyə) – 70,9 bal
72. Vilnus (Litva) – 70,8 bal
74. Bursa (Türkiyə) – 70,6 bal
78. Bakı (Azərbaycan) – 69,9 bal
98. İzmir (Türkiyə) – 66,7 bal
100. Astana (Qazaxıstan) – 66,7 bal
117. Moskva (Rusiya) – 65 bal
133. Lvov (Ukrayna) – 62,9 bal
134. Riqa (Latviya) – 62,8 bal
137. Sankt-Peterburq (Rusiya) – 62,5 bal
153. Ankara (Türkiyə) – 60,6 bal
170. Kişinyov (Moldova) – 58,7 bal
207. Kiyev (Ukrayna) – 54,4 bal
229. İstanbul (Türkiyə) – 52 bal
242. Minsk (Belarus) – 50,9 bal
271. Almatı (Qazaxıstan) – 47,1 bal
311. Tehran (İran) – 42,8 bal

 

DİGƏR XƏBƏRLƏR

Top