Mingəçevirdə bu küçələrdə yaşayanlar qarın yağmasına sevinmirlər - FOTO

Yağan yağış və qardan sonra Mingəçevirin bir çox küçələrindəki köhnə problemlər baş qaldırıb. Belə ki, bir müddət öncə şəhərdə "Azərsu" ASC tərəfindən su və kanalizasiya sistemlərinin bərpası zamanı küçələrdəki asfalt örtüyü dağıdılmışdı. Artıq 3-cü ilə keçir ki, dağıdılmış asfalt bərpa olunmayıb. Uzun illərdir ki, təmir olunmayan küçələrdə maşın sürmək sürücülər üçün əsl əzab-əziyyətdir. Bundan başqa, məktəbə gedən balaca uşaqlar əziyyət çəkirlər. V. Hüsüynov, M. Maqamayev 50, 52, 53, M. F. Axundov küçələri, M. Füzuli 19/87, M. Maqamayev 78 və şəhərin digər bərbad küçələrinin sakinləri yağışda, qarda palçıqdan, yayda isə toz-torpaqdan əziyyət çəkirlər. Aidiyyətı qurumlara sakinlər dəfələrlə narazılıqlarını bildirsələr də, heç bir iş görülməyib. Problemi bir qurum, digər qurumun üstünə atır. Sakinlər deyir ki, qarın yağmasına heç sevinə bilmirlər. Çünki qardan sonra bizim günümüz qara olur.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top