
“Fənərbağça” futbol klubunun prezidenti və iş adamı Əziz Yıldırımın sahibi olduğu “Dearsan” şirkəti Kocaelidə yeni istehsal layihəsinə başlayır.
Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, şirkət Çayırova rayonunda hərbi və mülki gəmilərin istehsalı üçün mövcud zavoddan istifadə edəcək. Layihənin investisiya dəyəri 16,45 milyard türk lirəsi olaraq açıqlanıb.
Yeni istehsal sahəsində ildə 68 hərbi gəminin gövdəsinin hazırlanması planlaşdırılır. Bundan başqa, ildə 3 sualtı qayığın gövdəsi də istehsal ediləcək.
İstehsal olunacaq gəmilərin uzunluğu 23,5 metrə qədər olacaq.
Tətbiqimizi yükləyə bilərsiniz