Pensiyaçıların sayı azalır, yaşa görə müavinət alanların sayı artır


Bu ilin iyulun 1-i vəziyyətinə Dövlət Sosial Müdafiə Fondunda 1 milyon 100 pensiyaçı qeydiyyatda olub.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, son 17 il ərzində Azərbaycanda pensiya alanların sayı 208,4 min nəfər və ya 16% azalıb. Belə ki, 2010-cu ilin əvvəlində ölkədə 1 milyon 308,4 min pensiyaçı olub.
Qeyd edək ki, son 17 ildə pensiyaçıların sayında azalma olduğu halda, yaşa görə aylıq sosial müavinət alanların sayı kəskin artıb. Belə ki, 2010-cu ildə ölkədə 17 min 781 nəfər yaşa görə aylıq sosial müavinət aldığı halda, bu ilin iyul ayının əvvəlində onların sayı 10 dəfə artaraq 176 min 398-ə çatıb.
Məlumat üçün bildirək ki, yaşa görə aylıq sosial müavinət pensiya yaşına çatdığı halda əmək pensiyası ala bilməyən şəxslərə təyin olunur.
Onu da bildirək ki, hazırda Azərbaycanda pensiyaların orta məbləği 594,4 manat, yaşa görə aylıq sosial müavinətin məbləği isə 220 manat təşkil edir.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top