
“Qarabağ” FK Kiprin APOEL klubundan braziliyalı yarımmüdafiəçi Dieqo Rosanı icarəyə götürüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə klub məlumat yayıb.
“Dieqo Rosa icarə əsasında komandamıza keçib. Anlaşmaya əsasən, 1 illik icarə müddətinin sonunda “Qarabağ”ın 23 yaşlı yarımmüdafiəçini transfer etmək opsiyası var. O, komandamızda 33 nömrəli forma ilə çıxış edəcək.
Qeyd edək ki, 2021-ci ildə “Qremio”dan “Mançester Siti”yə transfer olunan Rosa “Lommel” (Belçika), “Vizela” (Portuqaliya), “Bahia” və “İnter” (hər ikisi Braziliya) klublarında çıxış edib: “O, 2025-ci ildə APOEL-ə keçib. Rosa Braziliyanın U-16 və U-17 milli komandalarında çıxış edib”.
Tətbiqimizi yükləyə bilərsiniz