
Sentyabrın 1-dən Türkiyədə dizelin hər litrinə 3 TL (0,06 dollar) əlavə vergi tətbiq olunacaq.
Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu artımdan sonra dizelin qiymətinin İstanbulda 81,06 TL (1,68 dollar), Ankarada 82,18 TL (1,70 dollar), İzmirdə isə 82,46 TL (1,71 dollar) olacağı gözlənilir.
Qeyd olunur ki, vergi artımı sonrakı aylarda da davam edəcək. Dekabrda əlavə verginin 12 TL-yə (0,25 dollar) çatması nəzərdə tutulur. 2027-ci il yanvarın 1-dən isə bu məbləğ 13,9006 TL (0,29 dollar) olacaq.
Tətbiqimizi yükləyə bilərsiniz