
Dünyada meşələrlə örtülü ərazilərin ümumi sahəsi 2025-ci ildə təxminən 4,14 milyard hektar təşkil edib.
Yeniavaz.com BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatlarına istinadən xəbər verir ki, Rusiyada meşə sahəsi 832,6 milyon hektar olub və bu da dünya üzrə ümumi meşə sahəsinin 20,1 faizinə bərabərdir.
İkinci yerdə Braziliya qərarlaşıb. Bu ölkənin meşə sahəsi 486,1 milyon hektar, qlobal payı isə 11,7 faiz təşkil edib.
Üçüncü yerdə Kanada yer alıb. Ölkədə meşələrlə örtülü ərazilərin sahəsi 368,8 milyon hektar və dünya meşələrinin ümumi sahəsində payı 8,9 faiz olub.
İlk 10-luqda həmçinin ABŞ (7,5 faiz), Çin (5,5 faiz), Konqo Demokratik Respublikası (3,4 faiz), Avstraliya (3,2 faiz), İndoneziya (2,3 faiz), Hindistan (1,8 faiz) və Peru (1,6 faiz) yer alıb.
Beləliklə, yalnız ilk üç ölkənin – Rusiya, Braziliya və Kanadanın dünya meşə sahəsində ümumi payı təxminən 40,7 faiz təşkil edir.
2025-ci il göstəricilərinə görə, dünya meşələrinin 39 faizi, yəni təxminən 1,61 milyard hektarı Asiya-Sakit okean regionunun payına düşür.
Amerika qitəsinin payı isə 38,9 faiz və ya təxminən 1,61 milyard hektardır.
Afrika dünya meşələrinin 16 faizinə sahibdir. Avropanın payı 4,9 faiz, Yaxın Şərqin payı isə cəmi 1 faiz təşkil edir.
Azərbaycanda meşə sahəsi 1 milyon 213,7 min hektara bərabərdir. Bu, dünyadakı ümumi meşə sahəsinin təxminən 0,03%-nə bərabərdir.
Keçmiş SSRİ və qonşu ölkələrdə meşə sahələri aşağıdakı kimi olub:
1-ci yerdə Rusiya – 832,6 milyon hektar
28-ci yerdə Türkiyə – 12,8 milyon hektar
50-ci yerdə İran – 10,7 milyon hektar
53-cü yerdə Ukrayna – 10,1 milyon hektar
57-ci yerdə Belarus – 8,97 milyon hektar
80-ci yerdə Özbəkistan – 3,89 milyon hektar
85-ci yerdə Qazaxıstan – 3,5 milyon hektar
87-ci yerdə Latviya – 3,47 milyon hektar
93-cü yerdə Gürcüstan – 3,1 milyon hektar
99-cu yerdə Estoniya – 2,4 milyon hektar
103-cü yerdə Türkmənistan – 2,3 milyon hektar
105-ci yerdə Litva – 2,2 milyon hektar
119-cu yerdə Qırğızıstan – 1,25 milyon hektar
122-ci yerdə Azərbaycan – 1,2 milyon hektar
147-ci yerdə Tacikistan – 0,424 milyon hektar
150-ci yerdə Moldova – 0,370 milyon hektar
152-ci yerdə Ermənistan – 0,334 milyon hektar
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz