Ukrayna səfiri Türkiyə XİN-ə çağırıldı – Xəbərdarlıq edildi


Ukraynanın Ankaradakı səfiri Nəriman Cəlalov Qara dənizdə Türkiyə bayrağı altında üzən gəmilərin vurulmasına görə Türkiyənin Xarici İşlər Nazirliyinə çağırılıb.
Yeniavaz.com
TRT-yə istinadla xəbər verir ki, 26 avqust 2026-cı ildə Türkiyə bayrağı altında üzən “Lider Bordo Mavi” adlı gəminin Qara dənizdə Tuapse sahilləri yaxınlığında vurulub.
Məlumata görə, ertəsi gün, avqustun 27-də həmin gəmini yedəyə almaq üçün göndərilən “Lider Kocatepe” gəmisi də Ukrayna ordusu tərəfindən hədəf alınıb.
Bildirilib ki, bundan sonra Ukrayna səfiri Xarici İşlər Nazirliyinə çağırılıb.
Mənbələr telekanala bildiriblər ki, görüş zamanı Türkiyənin sözügedən hücumlarla bağlı etirazı Ukrayna tərəfinə çatdırılıb. Həmçinin Qara dənizdə insanların həyatının, əmlakın, gəmiçiliyin və ətraf mühitin təhlükəsizliyinin təmin edilməsinin zəruri olduğu barədə lazımi xəbərdarlıqlar edilib.

DİGƏR XƏBƏRLƏR

Top