
ABŞ İrana qarşı həyata keçirilən hərbi əməliyyatla əlaqədar Yaxın Şərqə o qədər çox sursat göndərib ki, Avropa və Asiyadakı arsenal ehtiyatları tükənib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) qəzeti mənbələrə istinadən məlumat yayıb.
Mənbələrin sözlərinə görə, ABŞ-nin Yaponiya, Cənubi Koreya və Almaniyadan Yaxın Şərqə yönləndirdiyi silah ehtiyatlarının bərpası illərlə çəkə bilər.
Bildirilir ki, ABŞ Silahlı Qüvvələrinin Avropa Komandanlığı sursat çatışmazlığı səbəbindən əməliyyat planlarına düzəliş etmək məcburiyyətində qalıb.
Qəzetin məlumatına görə, iyulun ortalarınadək ABŞ Yaxın Şərqdə təxminən 1 700 “Patriot” raketi, 200-dən çox THAAD raketi və təqribən 150 “Standard Missile” raketi istifadə edib.
Mövcud silah ehtiyatlarını artırmaq cəhdləri çərçivəsində Pentaqon bəzi köhnə versiyalı “Tomahawk” qanadlı raketlərini təmir etmək məcburiyyətində qalıb. Bu barədə nəşrin mənbələri məlumat verib.
Tətbiqimizi yükləyə bilərsiniz