
“Sabah”ın Çempionlar Liqasının liqa mərhələsindəki oyunlarının təqvimi açıqlanıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytında məlumat dərc olunub.
Məlumata görə, təmsilçimiz əsas mərhələdə ilk matçını sentyabrın 10-da İngiltərədə “Mançester Yunayted” klubuna qarşı keçirəcək.
“Sabah” İspaniya nəhəngi “Barselona” ilə isə noyabrın 25-də Bakıda, İngiltərə çempionu “Arsenal”la isə 2027-ci ilin 27 yanvarında səfərdə üz-üzə gələcək.
“Sabah”ın qitənin ən mötəbər turnirinin əsas mərhələsindəki oyunlarının təqvimi belədir:
10 sentyabr, 23:00. “Mançester Yunayted” (İngiltərə) – “Sabah”
13 oktyabr, 20:45. “Sabah” – “Slaviya Praqa” (Çexiya)
20 oktyabr, 20:45. “Sabah” – “Borussiya Dortmund” (Almaniya)
4 noyabr, 23:00. “Vikinq” (Norveç) - “Sabah”
25 noyabr, 21:45. “Sabah” – “Barselona” (İspaniya)
8 dekabr, 21:45. “Vilyarreal” (İspaniya) - “Sabah”
20 yanvar 2027-ci il, 21:45. “Sabah” – “Napoli” (İtaliya)
27 yanvar, 23:00. “Arsenal” (İngiltərə) – “Sabah”
Tətbiqimizi yükləyə bilərsiniz