
Kiyev vilayətinin Buça rayonundakı fabrikdə Rusiya hücumu və partlayış nəticəsində ən azı 27 nəfər həlak olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Kiyev Regional Dövlət Administrasiyasının rəhbəri Timur Tkaçenko məlumat yayıb.
Onun sözlərinə görə, dördü uşaq olmaqla 42 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
“Avqustun 29-u gecəsi Rusiya hərbi qüvvələrinin hücumu nəticəsində Buça rayonunun Mila kəndində yerləşən müəssisədə çoxsaylı partlayışlar və güclü yanğın baş verib. Fövqəladə hal zonasından 59 uşaq da daxil olmaqla 381 nəfər təxliyə edilib. Ölənlər arasında xilasetmə əməliyyatında iştirak edən Dmitrovka icmasının rəhbəri Taras Didiç də var”, - Tkaçenko bildirib.
Regional hakimiyyət orqanlarının məlumatına görə, Rusiyanın hücumu və sonrakı partlayış nəticəsində təxminən 50 yaşayış binası zərər görüb.
Ukrayna mediası və rəsmilərinin açıqlamalarına görə, hücuma məruz qalan anbarda sursat saxlanılıb.
Tətbiqimizi yükləyə bilərsiniz