
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyanın rusiyalı fərarilərlə bağlı dediklərinə sərt reaksiya verib.
Yeniavaz.com xəbər verir ki, Zaxarova Simonyanın Parlamentin sədri vəzifəsində çalışdığı müddətdə müntəzəm olaraq Rusiya-Ermənistan münasibətləri mövzusunda mübahisəli açıqlamalar verdiyini xatırladıb.
“Bu dəfə canlı yayımda Təhlükəsizlik Şurasının yeni təyin olunmuş katibi qəsdən təxribatçı bir suala təslim oldu və bu, onu Ukrayna xuntası və onun Qərb tərəfdarlarından ilhamlanaraq ölkəmizdə ehtimal olunan səfərbərlik barədə fərziyyələrə sövq etdi. Bu, Rusiya rəsmiləri tərəfindən dəfələrlə təkzib edildi”, - deyə Zaxarova bildirib.
Xatırladaq ki, Simonyan Ermənistanın cəbhəyə göndərilməkdən yayınmaq istəyən Rusiya vətəndaşlarının yeni dalğasını qəbul etməyə hazır olması barədə açıqlama verib.
Zaxarova bildirib ki, rəsmi Yerevanın Moskva ilə ikitərəfli əməkdaşlığı pozan açıq bəyanatlar verməyə davam etməsi tendensiyası davam edir:
“Simonyanın açıqlamaları, mahiyyət etibarilə, Rusiya vətəndaşlarını qanunsuz hərəkətlər etməyə təşviq edir və ənənəvi erməni qonaqpərvərliyinə zəhərli siyasi çalar verir”.
Tətbiqimizi yükləyə bilərsiniz