Azərbaycanın qırmızı bülletenlə axtardığı şəxs qonşu ölkədə tutuldu – Video


Gürcüstan Daxili İşlər Nazirliyinin Patrul Polisi Departamentinin əməkdaşları İnterpolun qırmızı bülleteni ilə axtarışda olan Azərbaycan vətəndaşını saxlayıblar.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Nazirlik məlumat yayıb.
Bildirilib ki, saxlanılan şəxs Azərbaycan hüquq-mühafizə orqanlarının tələbi əsasında xuliqanlıq və özgənin əmlakını qəsdən zədələmək ittihamı ilə axtarışda olub.
“Hüquq-mühafizə orqanlarının keçirdiyi istintaq tədbirləri nəticəsində axtarışda olan şəxs “Sarpi” gömrük-keçid məntəqəsinin ərazisində saxlanılıb.
Hazırda saxlanılan şəxs barəsində qanunvericilikdə nəzərdə tutulan ekstradisiya prosedurları həyata keçirilir”, - məlumatda deyilir.

DİGƏR XƏBƏRLƏR

Top