Messinin komandasına argentinalı baş məşqçi təyin edildi


Argentina millisi ilə olimpiya çempionu olan Kristian Alberto “Kili” Qonsales hazırkı Böyük Futbol Liqası (MLS) çempionu “İnter Mayami” komandasına baş məşqçi təyin edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə komandanın mətbuat xidməti məlumat yayıb.
Tərəflər arasında bağlanan müqavilənin təfərrüatları açıqlanmayıb.
Qonsales iş icazəsi aldıqdan sonra vəzifələrinin icrasına başlayacaq.
Bu müddət ərzində komandanı Qilyermo Oyos idarə etməyə davam edəcək.
Qeyd edək ki, bundan əvvəl “İnter Mayami”nin baş məşqçisi argentinalı Xavyer Maskerano idi. O, komandaya 2024-cü ilin noyabrından 2026-cı ilin aprelinə qədər rəhbərlik edib. Onun rəhbərliyi altında klub ilk MLS titulunu qazanıb. Oyos sonradan müvəqqəti baş məşqçi təyin edilib.
Xatırladaq ki, 52 yaşlı Qonsales “Valensiya” ilə İspaniya liqasını və Superkubokunu qazanıb. “İnter”lə iki dəfə İtaliya Kubokunu, bir dəfə İtaliya Superkubokunu qazanıb. 2004-cü ildə Olimpiya qızıl medalını və “Amerika Kubokunun” gümüş medalını qazanıb.
“İnter Mayami” Şərq Konfransının turnir cədvəlində 21 oyundan 39 xalla ikinci yerdədir.

DİGƏR XƏBƏRLƏR

Top