Venesuela OPEK-dən çıxmaq istəyir?


Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEK) beş təsisçi üzvündən biri olan Venesuela hazırda təşkilatdan çıxmağı düşünür.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi mənbələrə istinadla bildirib.
Onların sözlərinə görə, bu məsələ Venesuelanın keçmiş prezidenti Nikolas Maduronun həbsindən sonra ABŞ rəsmiləri ilə görüşlər zamanı müzakirə olunub.
Mənbələr hələlik yekun qərarın verilmədiyini bildiriblər.
Agentlik qeyd edib ki, OPEK-dən çıxmaq Venesuelaya neft hasilatını artırmağa imkan verəcək. Bu qərar həmçinin Karakasa beynəlxalq şirkətlərin sənayenin bərpasında fəal iştirakını təmin etmək üçün şərait yaradacaq.
Digər tərəfdən, bu, ABŞ-yə Venesueladakı planlarını daha fəal şəkildə həyata keçirməyə kömək edəcək.  
“Bloomberg” qeyd edir ki, ABŞ hazırda Venesuela neft yataqlarında əsas payın alınması üçün danışıqlar aparır. Belə ki, Vaşinqtonun Karakasla bir neçə neft yatağının 100 il müddətinə icarəyə verilməsi imkanını müzakirə etdiyi bildirilir.
Agentlik qeyd edir ki, belə bir razılaşma ABŞ-nin başqa bir ölkənin iqtisadiyyatına görünməmiş müdaxiləsi olacaq.

DİGƏR XƏBƏRLƏR

Top