Almaniya Rusiyaya qarşı sanksiyaların aradan qaldırılması üçün bəzi şərtlər irəli sürüb

Almaniyanın yeni Xarici İşlər naziri Ziqmar Qabriel Rusiyaya qarşı sanksiyaların aradan qaldırılması üçün bəzi şərtlər irəli sürüb. "Yeniavaz.com"un RİA Novisti-yə istinadən verdiyi məlumata görə, Ziqmar Qabriel Parisdə fransalı həmkarı Jan-Mark Eyro ilə görüşündə deyib ki, Rusiyaya qarşı sanksiyalar ancaq Minsk anlaşmasının reallaşmasından sonra aradan qaldırıla bilər: "Almaniya və Fransanın sanksiyalara münasibətdə mövqeyi üst-üstə düşür. Biz Rusiyanın Minskdə imzalanın anlaşmanın şərtlərinə əməl etməsini istəyirik. Yalnız belə olacağı halda sanksiyaların ləğvindən söhbət gedə bilər".

Eyro da öz növbəsində Rusiyaya qarşı sanksiyaların aradan qaldırılmasının Ukraynadakı vəziyyətdən asılı olacağını vurğulayıb: "İlk növbədə Minsk anlaşmasının qısa müddətdə reallaşmasına nail olmaq lazımdır".

Ziqmar Qabriel, Eyro ilə ikitərəfli işçi qrupunun yaradılması barədə razılığa gəldiklərini qeyd edib. Onun sözlərinə görə, işçi qrup Rusiya və Ukrayna məsələləri, həmçinin Yaxın Şərq və Avropanın gələcəyi siyasəti üzərində işləyəcək.

DİGƏR XƏBƏRLƏR

Top