Avropa Liqasında da püşkatmanın nəticələri məlum oldu


Bu gün UEFA Avropa Liqasının 2026/2027 mövsümünün əsas mərhələsinin püşkü atılıb.
Yeniavaz.com
xəbər verir ki, rəqiblər kompüter püşkatması ilə müəyyən edilib.
Turnirdə ümumilikdə 36 klub iştirak edir. Onlar reytinqlərinə əsasən dörd səbətə (hər birində doqquz komanda olmaqla) bölünüblər.
Əsas mərhələdə hər komanda səkkiz oyun (dördü evdə və dördü səfərdə) keçirəcək.
IV səbətdə yer alan Türkiyənin “Beşiktaş” klubunun da rəqibləri məlum olub.
“Ağ-qaralar” “Bayer 04” (Almaniya), “Marsel” (Fransa), “Seltik” (Şotlandiya), “Union” (Belçika), “Omoniya” (Kipr), “Kristal Pelas” (İngiltərə), “Hoffenhaym” (Almaniya) və “Hapoel” (İsrail) komandaları ilə üz-üzə gələcək.
Qeyd edək ki, hazırkı Avropa Liqasının çempionu bu ilin mayında İstanbulda keçirilən finalda Almaniyanın "Frayburq" komandasını 3:0 hesabı ilə məğlub edən İngiltərənin “Aston Villa” komandasıdır.
Xatırladaq ki, Avropa Liqasının əsas mərhələsi sentyabrın 16-da start götürəcək.

DİGƏR XƏBƏRLƏR

Top