
Rusiya Prezidenti Vladimir Putin və Çin Xalq Respublikasının Sədri Si Cinpin avqustun 31-də Bişkekdə ikitərəfli danışıqlar aparacaqlar.
Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.
Görüş Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində baş tutacaq.
Liderlər ikitərəfli əməkdaşlığın daha da inkişafı ilə bağlı cari məsələləri, eləcə də ən vacib beynəlxalq problemləri müzakirə edəcəklər.
Onun sözərinə görə, bu, iki lider arasında bu il ikinci şəxsi görüş olacaq.
Uşakovun sözlərinə görə, Putin və Si Cinpin 12-13 sentyabr tarixlərində Yeni Dehlidə keçirilməsi planlaşdırılan BRICS sammiti zamanı görüşəcək, həmçinin, 18-19 noyabr tarixlərində Şençjendə keçiriləcək APEC forumunda danışıqlar aparacaqlar.
Uşakovun sözlərinə görə, sentyabrın 1-də Rusiya Prezidentinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla da görüşü planlaşdırılır. Görüş zamanı bir sıra məsələlər, o cümlədən Qara dənizdəki vəziyyət və ümumilikdə Ukrayna məsələsi müzakirə olunacaq.
Həmçinin sentyabrın 1-də Putinin İran Prezidenti Məsud Pezeşkianla bir araya gələcəyi bildirilir. Yaxın Şərqdəki gərginlik və Tehran ətrafında yaranmış vəziyyət baxımından bu danışıqlar xüsusi aktulluq kəsb edəcək.
Qeyd edək ki, Putin avqustun 31-dən sentyabrın 1-dək Bişkekdə səfərdə olacaq və burada Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində iştirak edəcək.
Tətbiqimizi yükləyə bilərsiniz