
ABŞ Prezidenti Donald Tramp Ben Mossun Ağ Evin yeni katibi təyin olunduğunu bildirib.
Yeniavaz.com xəbər verir ki, o, bu barədə “Truth Social” sosial şəbəkə səhifəsində məlumat verib.
Moss yeni vəzifəsinə sentyabrın 2-də başlayacaq. O, əvvəllər Ağ Evin müşaviri təyin olunmuş Uill Şarfı əvəz edəcək.
Amerika Prezidentinin sözlərinə görə, Moss əvvəllər Ağ Evin katibinin müavini, ondan əvvəl isə vitse-prezidentin siyasi məsələlər üzrə direktoru vəzifəsini tutub.
O, karyerasına ABŞ Senatında Ohayonu təmsil edən Ceyms Devid Vensin baş məsləhətçisi kimi başlayıb.
Moss 2026-cı ilin fevral ayından bəri Tramp administrasiyasında xidmət edir və yeni təyinatından əvvəl prezidentin köməkçisinin müavini və Ağ Evin katib müavini vəzifələrini icra edib.
Qeyd edək ki, Ağ Evin katibi Prezidentə daxil olan sənəd və materialların əlaqələndirilməsindən, eləcə də Administrasiyanın müxtəlif şöbələri arasında işin təşkilindən məsuldur.
Tətbiqimizi yükləyə bilərsiniz