
Bu gün UEFA Konfrans Liqasının 2026/2027 mövsümünün əsas mərhələsinin püşkü atılıb.
Yeniavaz.com xəbər verir ki, rəqiblər Monakoda keçirilən kompüter püşkatması ilə müəyyən edilib.
Püşkatma Bakı vaxtı ilə saat 15:00-da başlayıb.
Klublar reytinqlərinə əsasən altı səbətə (hər səbətdə altı komanda olmaqla) bölünbülər.
Əsas mərhələdə hər komanda altı oyun (üçü evdə, üçü səfərdə) keçirəcək.
IV səbətdə yer alan Türkiyənin “Trabzonspor” klubunun da rəqibləri məlum olub. Komanda öz meydanında “Frayburq” (Almaniya), “Harts” (Şotlandiya) və “Yablonets”lə (Çexiya), səfərdə isə “Srvena Zvezda” (Serbiya), “KuPS” (Finlandiya) və ÇSKA (Bolqrıstan) ilə qarşılaşacaq.
Qeyd edək ki, UEFA Konfrans Liqasının əsas mərhələsi oktyabrın 15-də başlayacaq. Finalı isə 2027-ci il iyunun 2-də İstanbuldakı “Beşiktaş” stadionunda keçiriləcək.
Xatırladaq ki, hazırkı UEFA Konfrans Liqasının çempionu finalda “Rayo Valyekano”nu 1-0 hesabı ilə məğlub edən “Kristal Pelas”dır. Kubokun əvvəlki qalibləri arasında “Roma”, “Vest Hem Yunayted”, “Olimpiakos” və “Çelsi” var.
Tətbiqimizi yükləyə bilərsiniz