Sərnişin qatar yoluna düşdü – İntervalda gecikmə yarandı


Bu gün saat 18:40 radələrində "Əhmədli" stansiyasında sərnişin (qadın) qatar yoluna düşüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.
Məlumata görə, dərhal təmas relsindən yüksək gərginlik çıxarılıb, əraziyə təcili tibbi yardım briqadası çağırılıb.
Şərnişinin stansiya yolundan çıxarılması üçün müvafiq tədbirlər görülüb, qatar yolundan çıxarılmış sərnişin polisə təhvil verilib.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.
Yüksək gərginlik bərpa edildikdən sonra qatar yola salınıb. Hadisə ilə bağlı intervalda 9 dəqiqəlik gecikmə yaranıb.

DİGƏR XƏBƏRLƏR

Top