
Suriyanın müvəqqəti prezidenti Əhməd əş-Şaraa kürdlərin ləğv edilmiş Suriya Demokratik Qüvvələrinin (SDQ) keçmiş lideri Mazlum Abdini özünə müşavir təyin edib.
Yeniavaz.com SANA agentliyinə istinadla xəbər verir ki, bu barədə əl-Şaraa fərman imzalayıb.
Fərmanda Mazlum Abdi kimi tanınan Mustafa Xəlil Abdinin Prezidentin müşaviri təyin edildiyi bildirilib.
Qeyd edək ki, avqustun 25-i Suriya Demokratik Qüvvələri (SDQ) buraxılıb və kürd qüvvələri ordu sıralarına tam inteqrasiya edilib.
İnteqrasiya prosesi SDQ və yeni Suriya hökuməti arasında yanvar ayının sonlarında müvafiq müqavilə imzaladıqdan sonra başlayıb.
Tətbiqimizi yükləyə bilərsiniz