Çində məmur edam cəzası aldı – 100 milyondan çox rüşvətə görə…


Çin Kommunist Partiyasının Hubey əyalətinin Partiya Komitəsinin keçmiş katibi Tzyan Çaolyan 746 milyon yuandan (111 milyon dollar) çox rüşvət aldığına görə edam cəzasına məhkum edilib.
Yeniavaz.com
xəbər verir ki , bu barədə məlumat Nankin Xalq Məhkəməsinin qərarında öz əksini tapıb.
Lakin məhkəmə istintaqla əməkdaşlıq etdiyinə görə vəzifəli şəxsə iki illik möhlət verib.
Belə ki, iki illik rəsmi möhlətdən sonra, o, Çin qanunvericiliyi ilə müəyyən edilmiş şərtlərə əməl edərsə, ölüm cəzası ömürlük həbs cəzası ilə əvəz olunacaq.
Qeyd edək ki, Çində  “möhlətli ölüm cəzası” dərhal edam demək deyil.
Xatırladaq ki, Tszyan Çaolyan 1995-ci ildən 2025-ci ilə qədər Çin banklarında, eləcə də Tszilin və Hubey əyalətlərinin partiya strukturlarında bir sıra yüksək vəzifələri icra edib.

DİGƏR XƏBƏRLƏR

Top