Dünyanın ən gənc kralı vəfat etdi


Uqanda kralı IV Oyo Nyimba Kabamba İquru Rukidi 34 yaşında vəfat edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Uqandanın hökumət başçısı rəsmi “X” sosial şəbəkə səhifəsində məlumat verib.
“Dərin kədər və ağrı hissi ilə Toronun Əlahəzrət Omukaması Kral Oyo Nyimba Kabamba İquru Rukidinin vəfat etdiyini elan edirəm”, - o qeyd edib.
Ancaq hökumət başçısı kralın ölüm səbəbini açıqlamayıb.
Kralın ölüm xəbərindən qısa müddət əvvəl onun ABŞ-də müalicə aldığı məlum olub. Kral subay olsa da, onun özündən sonra tacı miras alacaq varis qoyduğu bildirilir.
Qeyd edək ki, Uqanda seçilmiş dövlət başçısı tərəfindən idarə olunan respublikadır. Lakin müstəmləkədən əvvəlki dövrdə qurulmuş bir neçə ənənəvi monarxiyanı özündə birləşdirir. Xüsusilə, ölkəyə Toro Krallığı daxildir. Bu monarxiyaların siyasi gücü simvolikdir, lakin onlar mühüm mədəni və sosial təsirə malikdirlər.
Xatırladaq ki, IV Rukidi atasının ölümündən sonra 1995-ci ildə üç yaşında taxta çıxaraq, dünyanın ən gənc monarxı olub.

DİGƏR XƏBƏRLƏR

Top