Paytaxt ərazisində oğurluq edənlər saxlanılıblar


Xəzər rayon sakini olan bir nəfər polisə müraciət edərək “KamAZ” markalı yük avtomobilindən ümumi dəyəri 1000 manat olan 4 ədəd akkumulyatorun oğurlandığını bildirib.
Yeniavaz.com
DİN-ə istinadla xəbər verir ki, polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən T.Mirələmov saxlanılıb.
Bildirilib ki, paytaxtın Binəqədi və Yasamal rayonları ərazilərində də talama cinayətləri qeydə alınıb:
“Zərərçəkən şəxslər polisə müraciət edərək “Toyota” markalı avtomobildən mobil telefonlar, içərisində nağd pul və digər şəxsi əşyalar olan çanta, eləcə də velosipedin oğurlandığı barədə məlumat veriblər.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə oğurluq əməllərini törətməkdə şübhəli bilinən R.Mikayılov, A.Abdurahmanov və K.Heydərov saxlanılıblar”.

DİGƏR XƏBƏRLƏR

Top