
Avropa Komissiyası Avropa İttifaqının genişlənmə siyasətində genişmiqyaslı islahat hazırlayıb və sentyabr ayında təqdim edəcək.
Yeniavaz.com “Bloomberg” agentliyinə istinadla xəbər verir ki, bu islahatlara üzv dövlətlərin Avropa İttifaqına yeni ölkələrin qəbuluna veto hüquqlarının ləğvi də daxildir.
“Avropa Komissiyası Aİ-nin genişlənmə prosesində dərin islahat hazırlayır. O, təkliflərini sentyabrın sonunda Aİ ölkələrinə və Avropa Parlamentinə təqdim edəcək. Plana Aİ-yə üzvlük üçün tələb olunan islahatların nəzərdən keçirilməsindən tutmuş, maneələrin qarşısını almaq üçün qərar qəbuletmədə yekdillik əvəzinə ixtisaslı çoxluqdan istifadəyə qədər hər şey daxildir”, - agentliyin yaydığı məlumatda bildirilir.
Qeyd olunub ki, islahat həmçinin yeni ölkələrin Aİ-yə tədricən inteqrasiyası prinsipinin tətbiqini və üzvlükdən sonra onların hüquqlarının məhdudlaşdırılması imkanını da əhatə edir.
İslahatın təsdiqlənməsi üçün 27 Aİ ölkəsinin hamısının yekdil qərarı tələb olunacaq.
Tətbiqimizi yükləyə bilərsiniz