
UEFA Konfrans Liqasının pley-off mərhələsində Bakıda baş tutan “Qarabağ”- “Tvente” matçı başa çatmamış Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) rəsmi sosial media hesablarında Ağdam təmsilçisinin məğlubiyyəti ilə bağlı paylaşım edildiyi iddia olunur.
Yeniavaz.com xəbər verir ki, iddiaya görə, qurum qarşılaşma başa çatmamış 3:1 hesablı nəticəni paylaşaraq “Oyun sona çatdı, mübarizəmiz isə əsla!” sözlərini yazıb.
Bildirilir ki, sözügedən postun şərh bölməsində edilən etirazlardan sonra AFFA məlumatı silib.

Qarşılaşma başa çatdıqdan sonra isə daha bir paylaşım edilib.
Bu dəfə isə postda “Qarabağ”ın köhnə loqosundan istifadə edilməsi müzakirə mövzusu olub.
Tətbiqimizi yükləyə bilərsiniz