
“Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) icraçı katibi vəzifəsində çalışmağım ilə bağlı müqaviləm hazırda qüvvədədir”.
Yeniavaz.com xəbər verir ki, bunu APA-ya açıqlamasında AKİ-nın katibi Əli İsa Cabbarov deyib.
O, AKİ sədrliyinə namizədliyini geri götürdüyünü bildirib. Əli İsa Cabbarov işdən çıxmaqla bağlı ərizə təqdim etdiyini də vurğulayıb.
“Lakin ərizə yeni sədr seçiləndən sonra təsdiqlənə bilər. İdarə Heyətinin bu gün qəbul etdiyi qərarı isə bilmirəm. Yeni sədr müqaviləmə xitam verə bilər”, - o əlavə edib.
Tətbiqimizi yükləyə bilərsiniz