Tələbələrin sayına görə Azərbaycan MDB-də sonuncudur - CƏDVƏL

Azərbaycanda əhalinin hər 10 min nəfərinə ali təhsil müəssisəsində oxuyan 168 tələbə düşür. "Yeniavaz.com"un Dövlət Statistika Komitəsinin açıqladığı sonuncu statistik göstəricilərə istinadən apardığı hesablama göstərir ki, hər 10 min nəfərə düşən tələbə sayına görə, Azərbaycan Müstəqil Dövlətlər Birliyinə (MDB) daxil olan ölkələr arasında sonuncu sırada yer alıb. Belarusda hər 10 min nəfərə düşən tələbə sayı Azərbaycanla müqayisədə 2 dəfədən çoxdur. Bu ölkədə hər 10 min nəfərə 354 tələbə düşür. Bu göstərici, yəni hər 10 min nəfərə düşən tələbə sayı Qırğızıstanda 346 nəfər, Rusiyada 325, Ermənistanda və Ukraynada 322, Qazaxıstanda 260, Moldovada 230, Tacikistanda isə 206 nəfər olub.

DİGƏR XƏBƏRLƏR

Top