
Xəbər verdiyimiz kimi, ötən gün Çempionlar Liqasının liqa mərhələsinin püşkü atılıb və təmsilçimiz “Sabah”ın rəqibləri məlum olub. Püşkatmanın nəticələrinə əsasən, Azərbaycan təmsilçisi “Borussiya”, “Barselona”, “Napoli” və “Slaviya” ilə Bakıda, “Arsenal”, “Mançester Yunayted”, “Vilyarreal” və “Vikinq"lə isə səfərdə qarşılaşacaq.
Yeniavaz.com xəbər verir ki, püşkatmadan sonra “Sabah”ın rəqiblərindən “Borussiya Dortmund”un sosial media hesabında maraqlı paylaşım dərc olunub.
Belə ki, Almaniya təmsilçisinin İnstaqram hesabında “Sabah”ın ÇL oyunlarını keçirəcəyi Tofiq Bəhramov adına Respublika Stadionunun və Norveçin “Bodo-Qlimt” klubuna məxsus Aspmira Stadionunun fotoları paylaşılıb və bu sözlər yazılıb:
“Sözün əsl mənasında qitənin ən ucqar guşələrinə səfər edəcəyik!”.
“Sabah”ın rəsmi İnstaqram səhifəsi isə həmin paylaşımın şərh hissəsinə bu sözləri yazaraq reaksiya verib:
“Bakıya səfər etməyə hər zaman dəyər. Tezliklə görüşənədək!”

Qeyd edək ki, ÇL-nin liqa mərhələsində görüşlərin vaxtları avqustun 29-da bəlli olacaq.
Tətbiqimizi yükləyə bilərsiniz