Bakıda 25 milyonluq obyekti 16 milyona hərraca çıxarıblar – Fotolar


Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, 3105-ci məhəllə, Naxçıvani küçəsi 57C ünvanında yerləşən qeyri-yaşayış sahəsi hərrac vasitəsilə satışa çıxarılıb.
Yeniavaz.com
xəbər verir ki, icra məmurlarının sifarişi əsasında hərraca çıxarılan obyekt 3 mərtəbədən ibarətdir.
Satışa çıxarılan obyektin sahəsi 5 940,3 kvadrat metrə bərabərdir. 36 otaqdan ibarət olan obyektin ilkin bazar qiyməti 25 milyon 43 min manat olsa da, 16 milyon 277 min 950 manata satışa çıxarılıb. 
Qeyd edək ki, daha əvvəl mətbuatda bu obyektin “Azərinşaatservis” MMC-nin Müşahidə Şurasının sədri Arif Həsənova məxsus olması barədə məlumatlar yayılıb.





Enur Əli

DİGƏR XƏBƏRLƏR

Top