
Azərbaycanda ölkədaxili mobil telefon trafikinin həcmi son illərdə davamlı olaraq azalır.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, 2021-ci ildə ölkə daxilində mobil telefonlarla 19 milyard 729,6 milyon dəqiqə danışıq aparılıb. 2022-ci ildə bu göstərici 8,3% azalaraq 18 milyard 88,8 milyon dəqiqəyə düşüb.
Qeyd edək ki, son 5 ildə – 2021-2025-ci illər ərzində ölkədaxili mobil telefon trafikinin həcmi 7 milyard 361,1 milyon dəqiqə və ya təxminən 37,3% azalıb.
Ən böyük illik azalma 2023-cü ildə qeydə alınıb – mobil telefon trafikinin həcmi bir il ərzində 14,6% azalıb.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz