Alimlər Trampa qarşı birləşdi

Bir sıra Nobel mükafatı laureatları ABŞ prezidenti Donald Trampın miqrantlar üçün ölkəyə gəlişin məhdudlaşdırılması haqqında fərmanına qarşı petisiya imzalayıblar. “Yeniavaz.com”un “Komsomolskaya pravda” qəzetinə istinadən verdiyi məlumata görə, söhbət 11 Nobel mükafatı laureatından və minlərlə digər alimdən, o cümlədən ABŞ-ın Milli Elmlər Akademiyasının üzvlərindən gedir. Petisiyada D. Trampın qərarları diskriminasiya və ABŞ-ın maraqlarına zidd kimi səciyyələndirilir. Sənəddə qeyd edilir ki, prezident xüsusilə miqrantlara qarşı fərmanları ilə Amerika əhalisinin üzərinə yük qoyur. Xatırladaq ki, dövlət başçısı miqrasiya siyasətini sərtləşdirən bir neçə fərman imzalayıb. D. Tramp, həmçinin suriyalı qaçqınların ABŞ-a buraxılmasını 120 gün müddətinə dayandırıb, bundan sonar ölkə ərazisinə yalnız 50 min miqrantın girişinə icazə verilir.

DİGƏR XƏBƏRLƏR

Top