Tramp İranla əməkdaşlıq edən Çin banklarına sanksiya tətbiq edəcək


ABŞ Prezidenti Donald Tramp İranla əməkdaşlıq edən Çin banklarına qarşı sanksiyaların tətbiq edilməsini nəzərdən keçirir.
Yeniavaz.com
xəbər verir ki, o bu barədə jurnalistin müvafiq sualını cavablandırarkən deyib.
Jurnalist İranla iş görən Çin banklarına niyə sanksiyalar tətbiq edilmədiyini soruşub.
Tramp isə suala belə cavab verib:
“Kim dedi ki, mən bunu etmirəm? Sən mənim nə etdiyimi bilmirsən. Sən mənim nə etdiyimi bilmirsən və mən hər şeyi açıqlamağa borclu deyiləm”.

DİGƏR XƏBƏRLƏR

Top