UEFA İnfantinonun namizədliyini dəstəkləməyəcək


Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Canni İnfantino namizədliyini irəli sürərsə, onu FIFA prezidentliyinə seçkilərdə dəstəkləməyəcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidmətindən məlumat verilib.
“Əgər hazırkı FIFA prezidenti yenidən seçilmək qərarına gələrsə, UEFA üzv assosiasiyalarına dürüstlük, hesabatlılıq, inkişaf və həqiqi institusional dəyişiklik prinsiplərinə sadiq olan etibarlı alternativ təklif etmək üçün tərəfdaş konfederasiyaları ilə birləşəcək”, - UEFA-nın mətbuat xidməti bildirib.
Qeyd edək ki, FİFA prezident seçkilərinin 2027-ci ilin mart ayında Rabatda keçirilməsi planlaşdırılır.
Xatırladaq ki, 56 yaşlı İnfantino 2016-cı ilin fevral ayında FİFA prezidenti seçilib və o vaxtdan bəri iki dəfə rəqibsiz yenidən FİFA prezidenti olub.

DİGƏR XƏBƏRLƏR

Top