
ABŞ Prezidenti Donald Tramp Ontario gölünün adının “Amerika gölü” olaraq dəyişdirilməsi barədə fərman imzalayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə o, Ağ Evdə mətbuat qarşısında sənədi imzaladıqdan sonra elan edib.
“Biz Ontario gölünün adını “Amerika gölü” olaraq dəyişirik. Bu, mən bu əmri imzaladığım andan etibarən qüvvəyə minir”, - deyə Tramp bildirib.
Onun sözlərinə görə, belə bir ad dəyişikliyi üçün bütün lazımi sənədləşmə işləri artıq tamamlanıb.
“Xəbərdar edilməli olan müxtəlif şəxslərə məlumat vermişik. Beləliklə, lazım olan hər şeyi etdik və bu gündən etibarən rəsmi olaraq təsdiqləndi”, - deyə o əlavə edib.
Qeyd edək ki, Şimali Amerikanın ən böyük göllərindən biri olan Ontario ABŞ-Kanada sərhədini əhatə edir. Onun sahilləri ABŞ-nin Nyu-York ştatı və Kanadanın Ontario ştatı arasında bölüşdürülüb. İki ölkə arasındakı sərhəd gölün ortasından keçir.
Tətbiqimizi yükləyə bilərsiniz