İsrail HƏMAS hərbi qanadının komandirini zərərsizləşdirdi


İsrail Müdafiə Qüvvələri (İDF) Qəzza zolağının cənubuna həyata keçirdiyi hücumda HƏMAS hərbi qanadının komandiri İsmayıl İbrahim Barimi zərərsizləşdirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İDF mətbuat xidməti məlumat verib.
Məlumata görə, o, Qəzza zolağının cənubundakı tuneldə üç israilli girovun qaçırılması və saxlanılmasında iştirak edib.
Ordu mətbuat xidməti həmçinin qeyd edib ki, “zərbə təhlükəni aradan qaldırmaq üçün həyata keçirilib”.

DİGƏR XƏBƏRLƏR

Top