İlqar Tağıyev: Rusiya güllədən sürətli raketləri sınaqdan keçirir

Sarı-Şağan poliqonunda yaxın 2-3 il ərzində raket hücumundan müdafiə sistemlərinin yaxın məsafəli yeni raket əleyhinə sınaqları keçiriləcək. “Yeniavaz.com”un “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Rusiya Hərbi Kosmik Qüvvələrinin Hərbi alqoritmlər və birləşmə proqramları şöbəsinin müdiri, polkovnik İlqar Tağıyev deyib. Onun sözlərinə görə, hər il Sarı-Şağan poliqonunda taktiki-texniki göstəricilərini təsdiq etmək üçün silah arsenalındakı raket əleyhinə vasitələrin 1-2 sınaq buraxılışı həyata keçirilir: “Yaxın 2-3 il ərzində orada Rusiyada yaradılan yeni nəsil raket əleyhinə sınaqlar keçiriləcək. Sarı-Şağanda raket buraxılışların sayı bir neçə dəfə artacaq”. İ. Tağıyev əlavə edib ki, Rusiyadakı raket əleyhinə vasitələrin dünyada analoqu yoxdur: “Onun (raket əleyhinə vasitə) uçuş sürəti ən azı 3 kilometr/saniyə təşkil edir ki, bu da güllənin sürətindən bir neçə dəfə üstələyir”.

DİGƏR XƏBƏRLƏR

Top