
“Qarabağ” bu gün UEFA Konfrans Liqasının pley-off mərhələsində cavab oyununa çıxacaq.
Yeniavaz.com xəbər verir ki, “köhlən atlar” Niderlandın “Tvente” komandasını qəbul edəcək.
Oyun Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.
Start fiti saat 20:00-da səslənəcək.
Oyunu Norveçdən olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Rohit Saqqi olacaq.
Qalib gələn komanda Liqa mərhələsinə yüksələcək. Uduzan komanda isə avrokuboklarla vidalaşacaq.
Qeyd edək ki, komandalar arasında Niderlandda keçirilən ilk görüşdə “Qarabağ” 1:0 hesablı qələbə qazanmışdı.
Tətbiqimizi yükləyə bilərsiniz