Bakı-Gəncə aviareysi bərpa olunur

Bakı-Gəncə aviareysi bərpa olunur. Gəncə şəhər İcra Hakimiyyətinin müraciəti əsasında fevralın 5-dən Gəncə-Bakı-Gəncə aviareysi bərpa olunacaq.

Həftədə 4 dəfə (bazarertrsi, çərşnənbə, cümə və bazar) olmaqla, uçuşlar "Azərbaycan Hava Yolları" QSC (AZAL) tərəfindən həyata keçiriləcək.

AZAL cari il yanvarın 9-dan etibarən Bakı-Gəncə-Bakı marşrutu üzrə uçuşların dayandırılmasına qərar verib. AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski bildirib ki, uçuşlar kommersiya baxımından qeyri-effektivdir və uçuşların dayandırılmasının səbəbi də məhz budur.apa

DİGƏR XƏBƏRLƏR

Top